
PRESİNZİON (HƏSSAS, DƏQİQ) KONDİSİONERLƏR
Presinzion (Həssas, Dəqiq) Kondisionerlər.
Server otağı, şüşələr olmadığı ayrı bir otaqdır. Çox vaxt serverləri, başqa bir məqsədə istifadə oluna bilinməyən bir otaqda quraşdırılar. Serverdə bəzən havalandırma sistemidə nəzərdə tutulmur. Belə otaqlar isti və havasız olur. Ancaq hesablama avadanlıqlarına müəyyən dərəcədə rütubətli və aşağı temperaturlu havaya ehtiyac olur.
Server avadanlıqlarında xəta baş verən anda, məlumatların ötürülməsi və qəbulunun dayanması, mühüm məlumatların itkisinə gətirib çıxarır. Belə bir xəta baş verəndə heç kimə sirr deyil ki, bu vəziyyət hər hansı bir təşkilat üçün qaçılmaz itkilərə səbəb olur.
Server əməliyyat sisteminin düzgün işləməsi üçün temperatur dəyişikliyini, havanın təmizliyi və rütubətini optimal parametrlərdə təmin etməkdir. Bütün bu parametrlərə yalnız server otağı üçün nəzərdə tutulmuş Presinzion kondisioner almaqla əldə etmək olar. Bütün kondisionerlər, belə bir otağı soyutmaq üçün əlverişlidirmi? Server otağı üçün split sistemi necə seçmək olar?
Server otağı və stansiyaları üçün əsas məqbul tələblər ilə başlayaq:
- mümkün temperaturun sapması - ± 2°C;
- Otaqdakı havanın temperaturu 18-24°C;
- Nisbi hava rütubəti - 40-50%;
- Rütubətin dəqiqliyi - ± 1%.
Ən əhəmiyyətli tövsiyə: Kondisioner sisteminin faktiki çıxış gücü serverdə yerləşən bütün avadanlıq və sistemlərin ümumi istilik axınıdan üstün və xarici mühitdə mümkün dəyişikliklərə qarşı olmalıdır.
Server otağının kondisionerinin hesablanması 100% artımla istifadə edilir. Bunlar əvvəlcədən müəyyən edilmiş bir müddətə iki kondisionerlərin alternativ işləməsini təmin etmək üçün nəzərdə tutulmuş və müxtəlif iqlim şəraitində normal otaq temperaturunun təmin edilməsi üçün nəzərdə tutulan inteqrasiya edilmiş fırlanan vahidlə birləşdirilmiş iki split sistemdir ki, bunların hər biri müstəqil olaraq server otağı üçün lazımi şərtləri təmin etməlidir. Belə bir kondisioner sistemi EU4 normativli filtrlərlə və qış dövründə daxil olan havanı istiləşmə ilə təmiz hava axını təmin etməlidir. Nə seçmək lazımdır? Presinzion kondisioner və ya adi split kondisionerlər?
- Presizion tipli kondisioner adi split kondisionerindən nisbətən 5-6 dəfə daha uzun müddətə xidmət edir, sistem illik 365 gün üçün nəzərdə tutulub, ümumi olaraq ildə 8,760 saat təşkil edir. Adi split sistem isə illik yükün 15% üçün nəzərdə tutulmuşdur ki, bu da ildə təxminən 1200 saata yaxındır.
- Bundan sonra, temperaturun saxlanılmasının düzgünlüyündən danışmaq lazımdır: burada da ± 0.2 - 1°C dərəcəsi olan dəqiq bir kondisioner – Presinzion kondisionerləri üstünlüyə malikdilər, çünki, adi split sistemlər isə ± 5 - 8°C dəqiqəliklə işləyir.
- Ətraf mühitdə havanın dəyişkənliyi +40°C/+45°C arasında olanda, adi split sistemlərdə, sistemin istilikdən qorunma sensoru işə düşür və kondisioneri söndürür. Buna görə, -60°C / +60°C temperatur dəyişkənliyi arasında işləyə bilən dəqiq bir kondisionerdən – Presinzion kondidionerlərdən istifadə etməyi məsləhət görürük. Buna, presinzion kondisionerlərdə kompressorların iç blokda quraşdırılması nəticəsində əldə olunur və bu öz növbəsində yarana bilən problemlərin qarşısını alır, məsələn qış mövsümündə: işə salınma, kompressor karterində yağının qatılaşması və s.
- Adi bir split sistem işləyən bir otaqda, isti hava ilə olan durğun zonalar yaranır, ancaq soyuq hava öz növbəsində otaqda bərabər paylanır. Bunun səbəbi, iç hissənin turbinin işləməsi ilə izah olunur, adi split sistemlər üçün demək olar ki əhəmiyyətsizdir, amma server otaqlarını gündə 24 saat davamlı bərabər soyutmaq lazımdır. Presinzion kondisionerlərlə, server otağı və stansiyaları üçün əsas məqbul tələbləri, adi split sistemlərdən fərqli olaraq çox səmərəli, 3-4 dəfə daha güclü bir məhsuldar turbini təchiz etməklə nail olunur. Buda öz növbəsində isti hava ilə olan durğun zonalar və temperatur dəyişkinliyinin qarşısını alır.
- Əlbəttə ki, hələ də toza diqqət yetirmək lazımdır. Toz hər hansı bir elektronik avadanlıq üçün ilk düşməndir, oxucuların, operativ yaddaş (RAM) və digər kompüter modullarının işlərinə mane ola bilər. Statik sahənin yaranmasına görə toz asanlıqla elektrik keçiricilərə cəlb edilir və bu server maşınının bütün lövhələri və qurğularına birbaşa oturur. Statik bir yükləmə ehtimalı olan toz, nadir hallarda cihazların elektrik lövhələrində, modullarında və çiplərində keçirici köprülər təşkil edə bilir. Buda öz növbəsində qısa qapanmalara və avadanlıqların modullarının sıradan çıxmasına səbəb olur. Buna görə sabit işləməni təmin etmək üçün, çox yaxşı hava təmizləyicisi olan split sistemə ehtiyacınız var.
Presinzion kondisioner. Bu cihazlar, mikroelektronik avadanlıqlarla təchiz olunmuş otaqlarda, uzun müddətdi ki, kondisionerlərin əsas növü kimi özünü mükəmməl şəkildə göstərilib. Belə bir otaqlarda dəqiq kondisionerlər – Presinzion kondisionerlər quraşdırılmırsa, bir çox elektronik istehsalçıları öz cihazlarına zəmanət vermir.
Biz, presinzion (həssas, dəqiq) kondisionerlər avadanlıqlarının, aparıcı istehsalçıların yüksək keyfiyyətli məhsullarının satışı, quraşdırılması və servis xidməti göstərməsini təmin edirik. Əsl peşəkarlar olan mütəxəssislərimiz, ixtisaslı kadrlarımız bu sistemləri yüksək səviyyədə icra edib Sizlərə təhvil verəcək.